FIBA Avropa Kuboku: "Gəncə" basketbol komandası Türkiyə təmsilçisinə uduzub

Komanda
  • 12 noyabr, 2026
  • 20:39
FIBA Avropa Kuboku: Gəncə basketbol komandası Türkiyə təmsilçisinə uduzub

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, C qrupunda VI turda Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edən Azərbaycan təmsilçisi rəqibinə uduzub - 61:93.

Görüş Gəncə İdman Sarayında keçirilib.

Xatırladaq ki, "Gəncə" daha əvvəl Rumıniyanın "Universitatiya" (96:105), Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komanda evdə Portuqaliyanın "Sportinq" komandasını 69:67 hesabı ilə üstələyib. "Gəncə" "Rilski Sportist" (Bolqarıstan) ilə dueldə texniki məğlubiyyətlə (0:20) üzləşib.