Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60%-i təmas xəttindən içəridə baş verib

Daxili siyasət
  • 12 noyabr, 2026
  • 20:15
Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60%-i təmas xəttindən içəridə baş verib

Analizlər göstərir ki, mina hadisələrinin təxminən 60 %-i təmas xəttindən içəridə baş verib.

"Report"un məlumatına görə, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Sükut içində addımlar" filminin təqdimat mərasiminin yekunundakı çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu da o deməkdir ki, azad olunan ərazilər nizamsız şəkildə minalanmışdır:

"Sözsüz ki, bu problemin ağır fəsadları var. 2020-ci ilin noyabrından bu günə qədər 444 nəfər mina qurbanı olub və təəssüflər olsun ki, onlardan 73 nəfəri həyatını itirib".

V. Süleymanov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin 11 667 kvadrat kilometri şübhəli təhlükəli ərazilər kateqoriyasına aiddir.

44 filmi