EHF Avropa Kuboku: "Kür" komandası Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub

Komanda
  • 13 noyabr, 2026
  • 18:38
EHF Avropa Kuboku: Kür komandası Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub

Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununu keçirib.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, turnirin III təsnifat mərhələsində Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi rəqibinə 24:27 hesabı ilə məğlub olub.

Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu noyabrın 15-də eyni məkanda baş tutacaq. "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.

44 filmi