Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın keçiriləcəyi tarix dəyişdirilib

Daxili siyasət
  • 13 noyabr, 2026
  • 18:08
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın keçiriləcəyi tarix dəyişdirilib

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər üçün bu il noyabrın 19-na nəzərdə tutulmuş yazılı imtahan noyabrın 23-ü tarixinə keçirilib.

İmtahan həmin gün saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5) keçiriləcəkdir.

Namizədlər buraxılış rejiminin təmin edilməsi məqsədilə saat 09:00-dək imtahan binasının qarşısında olmalı, "Yazılı imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

Buraxılış vərəqəsi və "Yaddaş kitabçası" Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsindəki şəxsi kabinet vasitəsilə əldə edilərək çap olunmalıdır.

Əlavə məlumat üçün 361-00-80, 437-28-56, 361-00-76, 361-00-77 və 361-00-78 nömrəli telefonlarla əlaqə saxlamaq olar.

44 filmi