IMF: Struktur islahatları xarici şoklardan yaranan itkilərin 20 %-ə qədərini kompensasiya edə bilər

İqtisadiyyat
  • 13 noyabr, 2026
  • 10:31
IMF: Struktur islahatları xarici şoklardan yaranan itkilərin 20 %-ə qədərini kompensasiya edə bilər

Qafqaz və Mərkəzi Asiya ölkələri ticarəti şaxələndirmək və xarici şoklara qarşı dayanıqlılığı artırmaq üçün sənaye siyasəti və ixrac subsidiyalarına deyil, struktur islahatlarına diqqət yetirməlidir.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin baş iqtisadçısı Florian Miş fondun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional iqtisadi icmalının Özbəkistanda keçirilən təqdimatında bildirib.

Xəbər yenilənir