Vüsal Nəsirli Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək

İnfrastruktur
  • 17 noyabr, 2026
  • 09:42
Vüsal Nəsirli Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək

Noyabrın 26-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a AAYDA-dan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar noyabrın 17, 18 və 19-u tarixlərində qəbula yazılmaq üçün Agentliyə rəsmi müraciət edə bilərlər.

"Müraciətlər info@aayda.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 311-20-19 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq", - məlumatda qeyd olunub.

44 filmi