"Arsenal" iki futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır

Futbol
  • 17 noyabr, 2026
  • 09:38
Arsenal iki futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır

İngiltərənin "Arsenal" klubu daha iki futbolçusu ilə müqavilənin müddətini uzatmaq istəyir.

"Report" ESPN-ə istinadən xəbər verir ki, "topçular" qapıçı David Raya və müdafiəçi Pyero İnkapye ilə danışıqlar aparır.

Tərəflər yeni razılaşmaları yekunlaşdırmaq üzrədirlər.

31 yaşlı Rayanın hazırkı sözləşməsi 2028-ci ilin, 24 yaşlı İnkapyenin isə 2031-ci ilin yayınadək qüvvədədir.

Xatırladaq ki, ispaniyalı qolkiper 2023-cü ildən London təmsilçisində çıxış edir. İnkapye isə 2025-ci ildən "Arsenal"dadır.