Bakı Metropoliteni relslər üzərində şəkil çəkdirən qızla bağlı yayılmış məlumata aydınlıq gətirib

İnfrastruktur
  • 12 iyun, 2018
  • 12:54
Bakı Metropoliteni relslər üzərində şəkil çəkdirən qızla bağlı yayılmış məlumata aydınlıq gətirib

Bakı. 12 iyun. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC relslərin üzərində şəkil çəkdirib sosial mediada yerləşdirən qızla bağlı məlumat yayıb. 

Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumun Mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəxtiyar Məmmədov bildirib. 

Onun sözlərinə görə, foto film çəkilişləri zaman çəkilib: "Addım" gənclər təşkilatının müraciəti və "Bakı Metropoliteni"nin rəhbərliyinin rəsmi icazəsi əsasında “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında “Qaynana” filminin çəkilişləri aparılıb. Fotolar həmin çəkiliş qrupunun üzvlərindən birinindir. Çəkiliş gecə saatlarında təmas relsindən gərginlik çıxarıldıqdan sonra aparılıb. Çəkiliş qrupunun üzvləri hər hansı bir təhlükə ilə üz-üzə olmayıb. Çəkiliş normal şəraitdə başa çatıb”.

44 filmi