Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb

Region
  • 24 oktyabr, 2026
  • 20:55
Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb

İranın Ali rəhbəri Müctəba Xamenei ölkənin məhkəmə hakimiyyətinə başçılıq edən Qulamhüseyn Möhsüni-Ejei ilə görüşdə müasir texnologiyalardan maksimum istifadəni tapşırıb.

"Report" IRIB-yə istinadən xəbər verir ki, o bunu təşkilat və qurumların idarəetməsinə dəstək məqsədilə deyib.

"İranda ABŞ ilə İsrailin hücumları nəticəsində xalqa dəymiş maddi və mənəvi zərərin ödənilməsi istiqamətində işlər gücləndirilməlidir", - Xamenei əlavə edib.

Bundan başqa, cinayətə səbəb olan vəzifə səhlənkarlıqlarının araşdırılması, məsul qurumlarla əməkdaşlıq çərçivəsində cinayətkarlıqla qətiyyətli mübarizə aparılması, hüquq pozuntularına şərait yaradan amillərin aradan qaldırılması tapşırılıb.