Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının sayı açıqlanıb

İnfrastruktur
  • 13 noyabr, 2026
  • 11:12
Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının sayı açıqlanıb

Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu" adlı tədbirdə deyib.

E. Zeynalovun sözlərinə görə, onların sırasında sınaq və kalibrləmə laboratoriyaları, sertifikatlaşdırılmanı həyata keçirən qurumlar vəinspeksiya orqanları yer alıb: "Akkreditasiya attestatlarının bu qurumlara verilməsi onların fəaliyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunun və texniki səriştəliliyinin təsdiqi deməkdir. Bu isə bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir".