Şimali Makedoniyada iki qızıl medal qazanan Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub

Fərdi
  • 13 noyabr, 2026
  • 11:21
Şimali Makedoniyada iki qızıl medal qazanan Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub

Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında iki qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən idmançı "Master Class" kateqoriyasında "Light Contact" və "Kick Light" növlərində birinci yeri tutub.

O, "Light Contact" versiyasında italiyalı La Mantia Alessandro və portuqaliyalı Kortes Emanuelini məğlub edərək qızıl mükafata sahib çıxıb.

E.Məmmədov "Kick Light" versiyasında isə macar Hasz Marton və La Mantia Alessandroya qalib gələrək ümumilikdə 13-cü dəfə Avropa çempionu olub.

44 filmi