Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları müzakirə edilib

İKT
  • 05 noyabr, 2026
  • 15:36
Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları müzakirə edilib

Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Nazir qeyd edib ki, Estoniyanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Assosiasiyasının (ITL) təşkilatçılığı ilə İT şirkətlərindən ibarət nümayəndə heyəti ilə dəyirmi masa keçirilib.

Dəyirmi masa çərçivəsində Azərbaycanda rəqəmsallaşma sahəsində həyata keçirilən son yeniliklər, qəbul edilmiş yeni qanunvericilik paketi və texnologiya sektorunda yaradılan imkanlar barədə Estoniya şirkətlərinə məlumat verilib.

Həmçinin İKT sahəsində əməkdaşlığın genişləndirilməsi də müzakirə edilib.