Suraxanıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzası olub

Hadisə
  • 10 noyabr, 2017
  • 01:38
Suraxanıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzası olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Suraxanıda orta yaşlı kişini naməlum avtomobil vurub.

"Report" xəbər verir ki, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi Qaraçuxur qəsəbəsində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Məmmədov Mübariz Elman oğlu yolu keçərkən onu minik avtomobili vurub. Hadisəni törədən sürücü məsuliyyətdən yayınmaq üçün ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

44 - Tezliklə