Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

Digər ölkələr
  • 18 oktyabr, 2026
  • 04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

Hindistanın Telanqana ştatında kollec ərazisində işıqlandırma dirəyinin aşması nəticəsində azı bir nəfər ölüb, 25 nəfər xəsarət alıb.

"Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hadisə oktyabrın 17-də axşam saatlarında baş verib. Ağır işıqlandırma konstruksiyasının aşmasından sonra ərazidə yanğın başlayıb və bu, tələbələr arasında təşvişə səbəb olub.

Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.