Kanadada hərbi bazada baş verən yanğında yeddi nəfər həlak olub - yenilənib
- 18 oktyabr, 2026
- 10:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Kanadadakı "Ueynrayt" hərbi bazasında baş verən partlayış və yanğın nəticəsində azı yeddi nəfər həlak olub, onlarla insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Global News" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə atəş təlimləri zamanı baş verib. İlkin məlumatlara əsasən, təlimlərin gedişində baza ərazisindəki qaz kəməri zədələnib. Bu isə partlayışa və ardınca yanğına səbəb olub.
Qeyd olunub ki, bazanın yerləşdiyi Alberta əyalətində əsən güclü külək alovun yayılmasını sürətləndirib.
Kanadanın Alberta əyalətində yerləşən "Ueynrayt" hərbi hissəsində baş verən güclü yanğın nəticəsində bir neçə nəfər xəsarət aılb.
"Report" xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni "X" sosial şəbəkəsində məlumat yayıb.
"Alberta əyalətindəki Ueynrayt Kanada Silahlı Qüvvələrinin hərbi hissəsində böyük yanğına səbəb olan ciddi insident baş verib", – o yazıb.
Hökumət başçısı xəsarət alanların olduğunu təsdiqləyib, lakin onların sayını və vəziyyətini açıqlamayıb.
Karni əlavə edib ki, federal hökumət Alberta əyalətinin rəhbərliyi ilə əlaqə saxlayır.