Salyanda qohumunun evindən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Hadisə
  • 07 dekabr, 2018
  • 08:12
Salyanda qohumunun evindən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Salyan rayonunda qohumunun evindən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 5-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş Əşrəf Hüseynov saxlanılıb.