Hacıqabulda yük maşını aşıb, ölən və yaralananlar var
Hadisə
- 11 iyul, 2024
- 04:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hacıqabulda yük maşınının aşması nəticəsində ölən və yaralananlar var.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Kamaz” markalı yük maşını anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nətisəsində Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Digər Bakı sakinləri – 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu, 1954-cü il təvəllüdlü Məmmədova Firuzə Əsəd qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
F. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
15:27
"Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Hərbi
15:23
Azərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib
ASK
15:22
Rubio: ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi siyasəti dəyişməyib
Digər ölkələr
15:15
Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
Region
15:14
ABŞ-də sorğu: Əhalinin 33 faizi uğursuz edamın təkrarlanmasını müdafiə edir
Digər ölkələr
15:13
"Leonardo Art School" və "MiniBoss Business School" uşaqlar üçün birgə təhsil proqramına start verib
Biznes
15:10
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Fərdi
15:08
"Assist Finance İnvestisiya Şirkəti"nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə
15:07
Azərbaycanın gənc qız cüdoçuları Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
Fərdi