Bakıda 54 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb

Hadisə
  • 14 noyabr, 2019
  • 21:08
Bakıda 54 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb

Bakıda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1965-cu il təvəllüdlü Qasımov Əfqan Atdıxan oğlu naməlum şəxslər tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona sol biləyin və hər iki diz oynağının sıyrıntısı diaqnozu qoyulub.