Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
- 26 oktyabr, 2026
- 05:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində səslərin 96 %-i hesablanıb, "Tələbə siyahısı" 52,9 % səslə qalib gəlib.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Azad Seçkilər və Demokratiya Mərkəzi (CeSID) və "Ipsos" agentliyi birgə məlumat yayıb.
Yekun nəticəyə görə, "Aleksandar Vuçiç - Vahid Serbiya" siyahısı seçkilərdə 38,8 % səs toplayıb.
Azlıqların siyahılarından parlamentə həmçinin üç mandatla Voyvodina Macarları İttifaqı (SVM), iki mandatla Alban koalisiyası, eləcə də hərəyə bir mandatla Sancaq Demokratik Partiyası və Sancaq Demokratik Fəaliyyət Partiyası daxil olacaq.
Mandatların bölüşdürülməsinin yekun proqnozuna əsasən, "Tələbə siyahısı" 140 mandat, "Aleksandr Vuçiç - Vahid Serbiya" siyahısı isə 103 mandat qazanıb.
Daha əvvəl A. Vuçiç seçkilərdə məğlub olduqlarını etiraf edib.