Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Hadisə
  • 13 noyabr, 2026
  • 09:39
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.

Belə ki, Zaman Piriyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən piyada Mirzağa Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.