Abşeronda yük və minik maşınları toqquşub, ölən var - YENİLƏNİB

Hadisə
  • 23 oktyabr, 2018
  • 08:27
Abşeronda yük və minik maşınları toqquşub, ölən var - YENİLƏNİB
Report

Abşeron. 23 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zaman ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Qobu qəsəbəsinin sakini, Dərya Alxasovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Bakı şəhər sakini Emil Abdullayevin idarə etdiyi “TATRA” markalı yük avtomobili ilə toqquşub, nəticədə D.Alxasov hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


***23:31

Abşeron. 22 oktyabr. REPORT.AZ/ Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq qarşıtərəfədən gələn "TATRA" markalı yük maşını ilə toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, yol qəzası nəticəsində ölən və yaralananlar var.

Qeyd edək ki, bundan əvvəl Abşeronda yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutulub.