Abşeronda 8 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib

Hadisə
  • 02 fevral, 2024
  • 01:29
Abşeronda 8 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib

Abşeron rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Masazır qəsəbəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü F.Ə. Şükürovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.