Abşeron sakininin avtomobili quldurluq yolu ilə əlindən alındı

Hadisə
  • 02 aprel, 2020
  • 09:00
Abşeron sakininin avtomobili quldurluq yolu ilə əlindən alındı

Abşeron rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"un Sumqayıt-Abşeron bürosuna  Abşeron Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, Abşeron RPİ-nin  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Fərəcova məxsus “VAZ-2107” markalı avtomobili quldurluq yolu ilə almaqda şübhəli bilinən rayon sakini Ramin Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

44 - Tezliklə