"Sabah"ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasında ən çox qurtarış edən qapıçıdır

Futbol
  • 26 noyabr, 2026
  • 09:18
Sabahın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasında ən çox qurtarış edən qapıçıdır

"Sabah"ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qapıçıdır.

"Report" məlumatına görə, 33 yaşlı qolkiper 5 turda 31 "seyv"lə yadda qalıb.

"Bayquşlar"ın kapitanı bu göstəricidə bütün rəqiblərini geridə qoyub.

Xatırladaq ki, "Sabah" ötən gün turnirin Liqa mərhələsinin V turunda Bakıda İspaniya təmsilçisi "Barselona"ya uduzub - 1:4.

Daha əvvəl İngiltərənin "Mançester Yunayted" (0:4), Almaniyanın "Borussiya" (Dortmund) və Norveçin "Vikinq" (1:4) klublarına məğlub olan Azərbaycan çempionu Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə üstələyib.

"Sabah" növbəti oyununu dekabrın 8-də səfərdə "Vilyarreal"a (İspaniya) qarşı keçirəcək.

44 filmi