Vahid Ələkbərov: "LUKOIL beynəlxalq bazara qayıtmağa ümid edir"

Energetika
  • 26 noyabr, 2026
  • 09:25
Vahid Ələkbərov: LUKOIL beynəlxalq bazara qayıtmağa ümid edir

LUKOIL-in beynəlxalq bazarı tərk etmək qərarı şirkətin öz istəyi ilə deyil, siyasi amillərlə şərtlənib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu şirkətin qurucusu Vahid Ələkbərov bildirib.

Onun sözlərinə görə, LUKOIL-in beynəlxalq bazara qayıtmaq üçün bütün şansları var: "Şirkət beynəlxalq bazardan getmək qərarını müstəqil şəkildə qəbul etməyib. Bu, bizi beynəlxalq bazardan çıxmağa vadar edən daha çox siyasi amillərlə bağlıdır. Lakin biz bu mənada qapını tamamilə bağlamırıq, oraya qayıtmağa hələ də ümid bəsləyirik".

Xatırladaq ki, noyabrın 25-də amerikalı milyarder Todd Boeli Rusiyanın LUKOIL neft şirkəti ilə onun beynəlxalq enerji aktivlərinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının da (DFC) daxil olduğu konsorsium tərəfindən alınmasına dair müqavilə imzalayıb. Bu müqavilə ilə şirkətin 10 milyard ABŞ dolları dəyərindəki qiymətli kağızlarının xarici aktivlərlə mübadiləsini nəzərdə tutulur.