KİV: UEFA "Spartak"a texniki məğlubiyyət verib
Futbol
- 28 fevral, 2022
- 11:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Almaniyanın "Leyptsiq" və Rusiyanın "Spartak" (Moskva) komandaları arasında keçirilməli olan Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarını ləğv edib.
"Report"un "Bild"ə istinadən məlumatına görə, Moskva klubuna texniki məğlubiyyət verilib, Bundesliqa təmsilçisi isə birbaşa 1/8 finala yüksəlib.
Qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən qəbul olunub. Rəsmi açıqlamanın gün ərzində veriləcəyi gözlənilir.
"Leyptsiq"in prezidenti Oliver Mintslaff UEFA ilə sıx əlaqədə olduqlarını və matçların ləğv ediləcəyinə inandığını bildirib.
Qeyd edək ki, "Leyptsiq" və "Spartak" arasında qarşılaşmalar martın 10-u və 17-də baş tutmalı idi.
Son xəbərlər
12:01
Anar Axundov: 2027-2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası hazırlanacaq
Daxili siyasət
12:00
Azərbaycanda avtomobil və daşınmaz əmlak satışında ƏDV hesablanma qaydası dəyişir
Biznes
11:52
DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək
Maliyyə
11:51
DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"
Maliyyə
11:49
Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək"
Maliyyə
11:47
Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov: "Qazandığımız hər bir xal qızıla bərabərdir"
Futbol
11:46
Orxan Nəzərli: "Mikro sahibkarların ödədiyi vergilər növbəti il tam həcmdə qaytarılacaq"
Biznes
11:44
Sahil Babayev: Təhsil və elm xərcləri ÜMD-in 3,8 %-ə bərabərdir
Elm və təhsil
11:44
Kartvelişvili: Çinlə əməkdaşlıqla yanaşı, Azərbaycan və Türkiyə ilə strateji əlaqələri gücləndirmək vacibdir
Region