Anar Axundov: 2027-2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası hazırlanacaq

Daxili siyasət
  • 06 noyabr, 2026
  • 12:01
Anar Axundov: 2027-2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası hazırlanacaq

Azərbaycanda 2027-2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası hazırlanacaq.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu il 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası yekunlaşdığı üçün 2027-2030-cu illər üçün isə yeni Strategiya hazırlanacaq:

"Prezidentin rəhbərliyi ilə aparılan siyasətin çərçivəsi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"lə müəyyən edilib. Bugünkü iclasda təmsil olunan komitələrin fəaliyyət sahələri bu prioritetlərdən üçü - "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi", "dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət" və "rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı ilə ilə birbaşa bağlıdır".