DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"
- 06 noyabr, 2026
- 11:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda təkrarsığorta xidmətlərinin xaricə satışına vergi güzəştləri şamil ediləcək.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ixraca yönəlmiş fəaliyyətin stimullaşdırılması gələcək dövrlər üçün vergi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir:
"Bu istiqamətdə ölkədə istehsal olunan məhsulların xaricə satışından əldə edilən gəlirlərə mənfəət vergisi üzrə güzəşt tətbiq olunacaq. Güzəştin yuxarı həddi 25 % səviyyəsində müəyyənləşdirilir. Başqa sözlə, dövlət büdcəsinə hesablanıb ödənilməli olan mənfəət vergisi qədər azadolma nəzərdə tutulur. Bununla yanaşı, ölkə daxilində göstərilən xidmətlərin ixracını həyata keçirən vergi ödəyicilərinə də həmin fəaliyyət üzrə 25 % vergi güzəşti tətbiq ediləcək.
N. İmanov vurğulayıb ki, təkrarsığorta xidmətləri də bu güzəştin əhatə dairəsinə aid edilir: "Beləliklə, sığorta xidmətlərinin ixracından əldə olunan gəlirlərə də müvafiq vergi güzəşti şamil olunacaq".