İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub

Futbol
  • 28 noyabr, 2026
  • 02:07
İngiltərə Premyer Liqası: Çelsi Nottingem Forestə məğlub olub

İngiltərə Premyer Liqasının 2026/27-ci illər mövsümünün XII turunun "Nottingem Forest" və "Çelsi" arasında keçirilən oyunu başa çatdı.

"Report" xəbər verir ki, Nottingemdəki "Siti Ground" stadionunda baş tutan oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı "Nottingem Forest"in hücumçusu İqor Jesus beşinci dəqiqədə açıb. Matçın 51-ci dəqiqəsində yarımmüdafiəçi Morqan Gibbs-Uayt penalti ilə ev sahiblərinin hesabdakı üstünlüyünü ikiqat artırıb. Oyunun 54-cü dəqiqəsində "Çelsi"nin hücumçusu Emanuel Emeqa vurulan qollardan birinin əvəzini çıxıb. Gibbs-Uayt 72-ci dəqiqədə dubl edib. Eyni zamanda Emeqa da 89-cu dəqiqədə ikinci qolunu vurub.

"Çelsi" 12 oyundan 16 xalla Premyer Liqa turnir cədvəlində səkkizinci yerdədir. "Nottingem Forest" mövsümdəki ümumi xallarını 12-yə çatdıraraq 14-cü yerə yüksəlib.

44 filmi