Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır

Digər ölkələr
  • 28 noyabr, 2026
  • 01:09
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır

Ukrayna hökuməti 2027-ci ildə təhlükəsizlik və müdafiə xərclərinə təxminən 5 trilyon qrivna (təxminən 111 milyard dollar) ayırmağı planlaşdırır ki, bu da ölkənin ÜDM-nin 43 %-ni təşkil edir.

"Report"un məlumatına görə, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti artıq gələn il üçün ikinci oxunuş üçün yenidən işlənmiş dövlət büdcəsi layihəsini təsdiqləyib.

"USL, "Ukraine Facility", BVF və digər tərəfdaşların birbaşa yardımı, NATO-nun Ankara sammitində əvvəlcədən hərbi yardım kimi təsdiqlənmiş bütün maliyyə proqramları üzrə vəsait daxil olsa, bizim 70 milyard avro ödənilməmiş tələbatımız qalır: 30 milyard avro - birbaşa büdcə kəsirini ödəmək üçün və 40 milyard - müdafiə qüvvələrinin ehtiyacları üçün. Prezident (Ukrayna Prezidenti Volodimir Zelenski) bu xərclərin əsas hissəsinin maliyyələşdirilməsi ilə bağlı ilkin razılaşmalar əldə etdi", - Koretski deyib.

44 filmi