AVRO-2020: Açılış matçına qadın hakim təyinat aldı
Futbol
- 09 iyun, 2021
- 08:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya və Türkiyə yığmaları arasında AVRO-2020-nin açılış matçının təyinatları müəyyənləşib.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda keçiriləcək görüşü Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
38 yaşlı referiyə Hessel Stiqstra və Yan de Vris yardımçı olacaq. 4-cü hakim funksiyasını fransalı qadın referi Stefani Frappar yerinə yetirəcək. Görüşün VAR hakimi isə niderlandlı Kevin Blum olacaq.
Qeyd edək ki, İtaliya - Türkiyə oyunu iyunun 11-də Romada oynanılacaq. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.
Son xəbərlər
14:50
Xidmət rəsmisi: "Bir çoxları akvakultura fəaliyyətini formalaşdırandan sonra su barədə fikirləşib"
ASK
14:49
İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
Xarici siyasət
14:47
Hörmüz boğazında tanker minaya düşdükdən sonra yanıb
Digər ölkələr
14:46
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
Fərdi
14:40
Foto
Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlanıb
Sağlamlıq
14:40
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
ASK
14:40
Qarabağ Milli Parkındakı şirin sudan akvakultura üçün istifadə etmək mümkün olacaq
ASK
14:37
Türkiyədə tikintidə torpaq uçub, iki nəfər uçqun altında qalıb
Region
14:36
Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
Futbol