Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb

Futbol
  • 05 noyabr, 2026
  • 14:36
Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurub.

"Report" xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, Ronaldu 2003-cü ildən Portuqaliya yığmasının formasını geyinib. O, 2016-cı ildə komanda ilə Avropa çempionatının, 2018/2019 və 2024/2025 mövsümlərində UEFA Millətlər Liqasının qalibi olub.

Təcrübəli forvard son olaraq UEFA Millətlər Liqasında Norveç yığması ilə keçirilən görüşdən (2:1) sonra Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etmişdi. Bunun ardınca federasiya futbolçuya bir aylıq cəza verib və 255 avro cərimələyib.

44 filmi