Soyqırımı maliyyələşdirən 20 ildən sonra tutuldu
- 16 may, 2020
- 14:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Ruanda soyqırımının maliyyələşdirən Felisen Kabuqa 20 ildən sonra Fransada tutulub .
“Report” “Haberturk”ə istinadən xəbər verir ki, o, yüz minlərlə insanın ölümünə səbəb olmaqda ittiham edilir.
Beynəlxalq Cinayət Məhkəməsi Felisen Kabuqanı Ruanda soyqırımına görə cinayət məsuliyyət daşıyanlar siyahısına daxil edib. O, “İnterpol”un qırmızı bülleten siyahısında dünyanın ən çox axtarılan adamları arasında olub. Onun barəsində məlumat verənə 5 mln. dollar mükafat vəd edilib.
O, 1994-cü ilin iyulunda İsveçrəyə sığınıb. Bu ölkədən qovulduqdan sonra Konqo Demokratik Respublikasına gedən Kabuga 1997-ci ilin iyul ayında və 2003-cü ildə Keniyanın paytaxtı Nayrobidə təşkil edilən polis əməliyyatlarından qaçıb.
Ruanda soyqırımı 1994-cü ildə törədilib. Yüz gün davam edən bu qanlı hadisə nəticəsində 800 mindən çox tutsi radikal hutular tərəfindən qətlə yetirilib.