Səudiyyə Ərəbistanı səmasında husilərin raket və PUA-ları vurulub

Digər ölkələr
  • 15 noyabr, 2026
  • 06:24
Səudiyyə Ərəbistanı səmasında husilərin raket və PUA-ları vurulub

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış iki ballistik raketi və ölkənin şərqində iki pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə koalisiyanın rəsmisi Türki əl-Maliki "X" sosial şəbəkəsində məlumat yayıb.

"HHM qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış iki ballistik raketi ələ keçirərək məhv edib", - bəyanatda deyilir.

Bundan qısa müddət əvvəl Səudiyyə paytaxtında hava həyəcanı elan edib.

Bundan başqa, koalisiya krallığın şərq hissəsində iki PUA-nın məhv edildiyini bildirib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.