İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb

Region
  • 15 noyabr, 2026
  • 03:59
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb

İstanbul Hava Limanında Qətərdən gələn sərnişinin çamadanına baxış zamanı ərzaq qablaşdırmalarında gizlədilmiş 12 kiloqram 820 qram narkotik vasitə aşkarlanıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, Tailanddan Qətər vasitəsilə İstanbula gələn sərnişin Gömrük Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb.

Onun üzərində və baqajında aparılan yoxlama zamanı narkotik vasitə aşkar edilib.

Saxlanılan şəxs polis idarəsindəki prosedurlardan sonra Qaziosmanpaşa prokurorluğuna göndərilib.

44 filmi