Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb

Digər ölkələr
  • 07 noyabr, 2026
  • 23:52
Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb

Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxalq səviyyədə tanınan Liviya Milli Birlik Hökuməti ilə münasibətlərinin möhkəmləndiyini göstərir.

Qərar Misirin əvvəlki siyasətində dəyişiklik deməkdir. Belə ki, ölkə 2014-cü ildə Liviyada daxili siyasi qarşıdurmanın kəskinləşməsi fonunda Tripolidəki diplomatik nümayəndəliyini bağlamışdı. Həmin dövrdə bir sıra digər ölkələr də Liviyadakı diplomatik missiyalarının fəaliyyətini dayandırmışdı.

Səfirliyin açılış mərasimində çıxış edən Misirin xarici işlər naziri Bədr Əbdül Ati bu hadisənin tarixi əhəmiyyətini vurğulayıb. O, iki ölkə arasında dərin humanitar və mədəni əlaqələrin olduğunu qeyd edib.

44 filmi