Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib

Daxili siyasət
  • 07 noyabr, 2026
  • 22:51
Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib

Ağdam, Füzuli və Xocavənd rayonlarının məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib.

"Report"un məlumatına görə, noyabrın 3-6-da Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş "Zəfər sədası" adlı şeir müsabiqələri təşkil edilib.

Belə ki, 15 yaşadək məktəblilərin iştirak etdiyi müsabiqədə Zəfər Gününə, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə, Vətən sevgisinə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Hər məktəbdən münsiflər heyətinin seçimi əsasında ən yaxşı ifa nümayiş etdirən bir şagird müəyyənləşdirilib.

Müsabiqənin əsas məqsədi məktəblilər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, Vətənə məhəbbət, qəhrəmanlıq və Zəfər tariximizin gənc nəsil arasında təbliği, həmçinin şagirdlərin bədii qiraət bacarıqlarının inkişaf etdirilməsidir yönündə xüsusi əhəmiyyət daşıyıb.

44 filmi