İndoneziyada 6 maqnitudaya yaxın zəlzələ olub

Digər ölkələr
  • 10 avqust, 2019
  • 23:51
İndoneziyada 6 maqnitudaya yaxın zəlzələ olub

İndoneziya sahillərində 5,6 maqnituda gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri sahildən 85 km məsafədə, ocağı dənizin 51 km dərinliyində qeydə alınıb.

Sunami təhlükəsi elan olunmayıb. Dağıntı və zərərçəkmişlər barədə məlumat yoxdur.