Fransanın yeni xarici işlər və müdafiə nazirləri təyin edilib

Digər ölkələr
  • 17 may, 2017
  • 14:07
Fransanın yeni xarici işlər və müdafiə nazirləri təyin edilib

Bakı. 17 may. REPORT.AZ/ Yelisey sarayının baş katibi Aleksi Koler Baş nazir Eduard Filippin rəhbərliyi altında işləyəcək yeni Nazirlər Kabinetinin tərkibini rəsmi olaraq açıqlayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Fransa XİN-ə keçmiş müdafiə naziri Jan-İv Le Drian, Müdafiə Nazirliyinə isə avrodeputat xanım Silvi Qular rəhbərlik edəcək.