Çin Aİ-nin 14 təşkilatını ixrac nəzarəti tətbiq olunan ölkələrin siyahısına daxil edib
- 24 iyul, 2026
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin Avropa İttifaqından (Aİ) olan 14 təşkilatı ixrac nəzarəti tətbiq olunan ölkələrin siyahısına daxil edib.
"Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyinin bəyanatında bildirilib.
"Avropa İttifaqından olan 14 təşkilatın ixrac nəzarəti subyektləri siyahısına daxil edilməsi barədə qərar qəbul edilib", - məlumatda qeyd olunub.
Məhdudiyyətlər siyahısına düşən təşkilatlar arasında "Lafert S.p.A.", "Rheinmetall AG", "Politechnika Wroclawska", "Opticoelectron Group" və digərləri var.
Çin ixracatçılarına ikili təyinatlı malları bu 14 təşkilata tədarük etmələri qadağan edilir. Xarici təşkilatlara və fiziki şəxslərə də Çin mənşəli ikili təyinatlı malları qeyd edilən təşkilatlara ötürmək və ya təqdim etmək qadağan olunur.