Albaniya 2028-ci ildə NATO sammitinə ev sahibliyi edə bilər
- 13 noyabr, 2026
- 04:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Albaniyanın Baş naziri Edi Rama növbəti NATO sammitinin 2028-ci ildə Tiranada keçirilə biləcəyini açıqlayıb.
"Report" xəbər verir ki, hökumət başçısı NATO liderlərinin görüşünün ölkəsində keçirilməsi perspektivlərini şərh edərkən jurnalistlərə bildirib.
Ramanın sözlərinə görə, Albaniya növbəti sammitin keçiriləcəyi məkan kimi nəzərdən keçirilir, lakin tədbirin dəqiq tarixi hələ razılaşdırılmayıb.
"Ehtimal olunur ki, növbəti NATO sammitinə Albaniya ev sahibliyi edəcək. Lakin onun keçirilmə tarixi ilə bağlı hələ yekdil qərar yoxdur. Bir şey dəqiqdir: sammit 2027-ci ildə deyil, 2028-ci ildə keçirilə bilər. Əgər sammit baş tutarsa, şübhəsiz ki, Tiranada keçiriləcək", – baş nazir vurğulayıb.
Beləliklə, NATO sammitinin 2028-ci ildə keçirilməsi hələlik ilkin variant olaraq qalır və görüşün vaxtı ilə bağlı yekun qərar qəbul edilməyib.