İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb
- 13 noyabr, 2026
- 04:02
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya futbol millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Çexiyanı 2:0 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, qolları 39-cu dəqiqədə penalti zərbəsindən Aleks Baena, 90+6-cı dəqiqədə isə Mark Pubil vurub.
Bu qələbə ilə İspaniya millisi özünün məğlubiyyətsizlik seriyası üzrə rekordunu yeniləyib. Komandanın ardıcıl məğlub olmadığı oyunların sayı 43-ə çatıb.
Beləliklə, ispaniyalılar 2018–2021-ci illərdə Roberto Mançininin rəhbərliyi altında 37 matçda məğlub olmayan İtaliya millisinin rekordunu geridə qoyublar.
İspaniya millisi ilk turda İngiltərəni (3:2), ikinci və dördüncü turlarda Xorvatiyanı (4:1, 2:1), üçüncü turda isə Çexiyanı (3:1) məğlub edib.
15 xalla 3-cü qrupda lider olan İspaniya millisi UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqəni təmin edib. Xalı olmayan Çexiya isə sonuncu – dördüncü pillədə qərarlaşıb.
Yekun turda İspaniya millisi İngiltərəni qəbul edəcək, Çexiya isə səfərdə Xorvatiya ilə qarşılaşacaq. Hər iki oyun noyabrın 15-də keçiriləcək.