ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb

Digər ölkələr
  • 25 oktyabr, 2026
  • 09:08
ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb

ABŞ-ın Florida ştatının Tallahassi şəhərində, Florida A&M Universitetinin stadionu yaxınlığında baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, yaralıların 6-sı yetkinlik yaşına çatmayanlardır. Onlardan 11-i güllə yarası alıb, 3 nəfərin vəziyyəti ağırdır.

Hadisə futbol matçından sonra baş verib. Polis hələlik şübhəlinin saxlanılması barədə məlumat verməyib.