Bakıda 2 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

Biznes
  • 12 iyun, 2025
  • 16:26
Bakıda 2 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "LPP Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon, ev 143B, mənzil 214, nizamnamə kapitalı 2 milyon manat, qanuni təmsilçisi isə Aydan Rəfayel qızı İsmailovadır.