Ceyhun Bayramov niderlandlı həmkarını azad olunmuş ərazilərdəki bərpa işləri barədə məlumatlandırıb

Xarici siyasət
  • 26 oktyabr, 2026
  • 13:23
Ceyhun Bayramov niderlandlı həmkarını azad olunmuş ərazilərdəki bərpa işləri barədə məlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarını azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri barədə məlumatlandırıb.

"Report"un məlumatına görə, Azərbaycan XİN başçısı bu barədə niderlandlı həmkarı Tom Berendsenlə bu gün Bakıda mətbuat üçün brifinqdə danışıb.

Nazirin sözlərinə görə, görüşdə Azərbaycan-Ermənistan münasibəti, Vaşinqton görüşündən sonrakı müsbət dinamika, azad olunmuş ərazilərdəki bərpa-quruculuq, keçmiş məcburi köçkünlərin geri qayıdışı, mina təhdidi barədə də fikir mübadiləsi aparılıb.

"Eləcə də Yaxın Şərqdəki qeyri-stabil vəziyyəti, Rusiya-Ukrayna münaqişəsini və digər beynəlxalq gündəmi də həmkarımla müzakirə etdik", - C.Bayramov qeyd edib.

Nazir əlavə edib ki, Niderland XİN başçısının bu səfəri iki ölkənin münasibətlərinin inkişafı baxımından faydalı olacaq.

44 filmi