Niderland XİN rəhbəri: Azərbaycanın Ermənistanla sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndiririk

Xarici siyasət
  • 26 oktyabr, 2026
  • 13:28
Niderland XİN rəhbəri: Azərbaycanın Ermənistanla sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndiririk

Azərbaycan və Ermənistan arasında yekun sülh Cənubi Qafqazda yeni iqtisadi imkanların yolunu açacaq.

"Report" xəbər verir ki, bu barədə Niderland xarici işlər naziri Tom Berendsеn Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Niderland Azərbaycanın Ermənistan ilə sülh prosesinə töhfəsini yüksək qiymətləndirir və ölkələri sülh sazişinin imzalanması üçün açılan imkanlar pəncərəsindən istifadə etməyə çağırır.

"Biz Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə etdik. Niderland hər iki ölkənin keçən ildən bəri atdığı mühüm addımları alqışlayır və Azərbaycanın sülh prosesinə sadiqliyini yüksək qiymətləndirir", - Berendsen deyib.

Onun sözlərinə görə, hazırda Bakı və İrəvanın sülh sazişinin bağlanmasına gətirib çıxaracaq praqmatik həllər tapması son dərəcə vacibdir.

"Sülh sazişinin imzalanması həmçinin yeni iqtisadi imkanlara və nəqliyyat əlaqəliliyinin genişlənməsinə yol açacaq", - Niderland XİN başçısı vurğulayıb.