Azərbaycan İranın qeyri-neft məhsullarını idxal edən TOP-10 ölkələr sırasına daxildir

Biznes
  • 01 sentyabr, 2023
  • 15:21
Azərbaycan İranın qeyri-neft məhsullarını idxal edən TOP-10 ölkələr sırasına daxildir

İranın qeyri-neft məhsulları ixrac etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında əsasən Türkiyə, Pakistan, Əfqanıstan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan qərarlaşıb.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Gömrük İdarəsinin Beynəlxalq Əməkdaşlıq Ofisinin baş direktoru Omid Qolzari bildirib.

Onun sözlərinə görə, 4 ayda (21 martdan 22 iyula qədər dövr) ərzində İranın İƏT üzvü olan ölkələrə qeyri-neft məhsullarının ixracı 3,6 milyard ABŞ dollarını ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,52 % artım deməkdir.

“Bu dövr ərzində İran İƏT-ə üzv ölkələrə 8 milyon 161 min ton qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,24 % çoxdur. Həmçinin İƏT ölkələrindən 2 milyard 445 milyon ABŞ dolları dəyərində 1 milyon 394 min ton məhsul idxal olunub. Məhsulların dəyəri 0,83 %, həcmi isə 7,9 % azalıb”, - deyə O.Qolzari qeyd edib.