Mıradaliyev: Mədəniyyətlərarası dialoq sülh naminə daimi iş tələb edir

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 13:29
Mıradaliyev: Mədəniyyətlərarası dialoq sülh naminə daimi iş tələb edir

Türkmənistanın dövlət siyasəti milli dəyərlərin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə yönəlib.

"Report" xəbər verir ki, bunu Türkmənistanın mədəniyyət naziri Qurbanmırat Mıradaliyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.

Onun sözlərinə görə, milli dəyərlərin qorunub saxlanılmasında təhsil və gənclərin ictimai fəaliyyətə cəlb edilməsi mühüm rol oynayır.

"Gənclər ekoloji təşəbbüslərdə, mədəniyyət abidələrinin bərpasında və turizm layihələrində iştirak edirlər", - nazir qeyd edib.

O, həmçinin vurğulayıb ki, Türkmənistanın daimi bitərəflik statusuna sadiqliyi ölkənin dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla dostluq münasibətlərini ardıcıl olaraq inkişaf etdirməsinə imkan verir, dinc əməkdaşlıq və dialoq üçün zəmin yaradır.

"Hər bir insan öz dilinə, irsinə və kimliyinə hörmət hiss etdikdə, mədəni müxtəliflik cəmiyyəti gücləndirir", - Mıradaliyev bildirib.

Onun sözlərinə görə, mədəniyyət xalqlara bir-birini daha yaxşı anlamağa kömək edir, etimadı gücləndirir, sülh və dayanıqlı inkişaf üçün zəmin yaradır.

"Mədəniyyətlərarası dialoq sülh, həmrəylik və ortaq gələcək naminə daimi birgə işdir. Dəvətə görə təşkilatçılara təşəkkür edirəm. Əminəm ki, forumumuzun qərarları xalqlar arasında körpülərin möhkəmlənməsinə praktiki töhfə verəcək", - o əlavə edib.

44 filmi