Azərbaycan və Niderland şirkəti yük axınının artırılmasını müzakirə ediblər

İnfrastruktur
  • 27 oktyabr, 2026
  • 13:34
Azərbaycan və Niderland şirkəti yük axınının artırılmasını müzakirə ediblər

Azərbaycan və Niderlandın "C. Steinweg Group" şirkəti arasında Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə yeni yük axınlarının cəlb edilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr şirkətin baş icraçı direktoru Ulf Boll ilə görüşdə baş tutub.

"Azərbaycan Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin və investisiyalarının genişləndirilməsi imkanlarını müzakirə etdik",- deyə nazir qeyd edib.

R.Nəbiyev görüşdə həmçinin beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması, və AZCON Holding şirkətləri ilə potensial əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

44 filmi