Azərbaycanın əsas tədarük bazarından buğda alışının dəyəri 26 % azalıb
ASK
- 18 yanvar, 2024
- 07:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 281,3 milyon ABŞ dolları dəyərində 1 milyon 90 min 652 ton buğda idxal edilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 6 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 230,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % azdır) 938 min 246 ton (+3 %) və Qazaxıstandan 51 milyon ABŞ dolları dəyərində (-41 %) 152 min 405 ton (-40 %) buğda alıb.
2022-ci ildə Azərbaycana idxal edilən (Rusiya, Qazaxıstan və Türkiyə) 1 milyon 289 min ton buğdanın 78,2 %-i Rusiyanın payına düşüb.
Son xəbərlər
23:52
Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Digər ölkələr
23:37
Trampla demokratlar arasında qarşıdurma dərinləşir
Digər ölkələr
23:16
Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 9-a çatıb - Yenilənib
Region
23:03
Foto
"Tağıyev: Məktəb" filmi "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub
Mədəniyyət siyasəti
22:51
Foto
Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib
Daxili siyasət
22:36
Foto
Sarayevoda Zəfər Gününün 6-cı ildönümü münasibətilə konsert və qəbul keçirilib
Digər ölkələr
22:34
Foto
"Azıx mağarası: Azərbaycanın beşiyi" filmi "Korkut Ata" festivalında mükafat qazanıb
Mədəniyyət siyasəti
22:28
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Digər ölkələr
22:16
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Daxili siyasət